Vakansiya: Əməliyyatlar strukturu üzrə mütəxəssis
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Müştəri yönümlülük;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Ünsiyyət, problem həll etmə bacarığı.
İşin təsviri:
- Bankın və müştərilərin ödəniş tapşırıqlarının müvafiq normativ aktlara uyğunluğunu, həmin tapşırıqlarda olan rekvizitlərin Bankın daxili əməliyyat və ödəniş sistemlərinə düzgün daxil edilməsini yoxlamaq;
- Bankın və müştərilərin xeyrinə daxilolmaları müvafiq hesablara işləmək;
- Təcili pul köçürmə sistemləri üzrə hesablaşmaları aparmaq;
- Müştərilərdən yığılan kommunal və mobil rabitə haqları üzrə ödənişlərin təyinatı üzrə köçürülməsi üçün ön ofislərdən hesabatları qəbul etmək;
- Banklarda açılmış müxbir hesabın və klirinq hesabının qalığına nəzarət etmək, əməliyyat gününün sonunda alınmış hesabdan çıxarış sənədlərini üzləşdirmək;
- Əməliyyat gününün sonunda ödəniş sənədlərinin yığılmasına və aidiyyəti struktur bölməyə təhvil veriliməsinə nəzarət etmək;
- Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə daxil olmuş məktubları və sorğuları araşdırıb, müvafiq qaydada cavablandırmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.