AFB Bank Müştəri Xidməti strukturunun Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
• Bank qanunvericiliyi bilikləri;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri;
• Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
• MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
• Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
• Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
• Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
• Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
• Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
• Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
• Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
• Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
• Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə Baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.