AFB Bank “4 saylı” şöbəyə Kassir vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Kassir
İş qrafiki: 09:00 - 17:00, 10:00-16:00 (Bazar ertəsi – Şənbə)
Ünvan: Sumqayıt şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Orta və ya orta-ixtisas təhsili;
• Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır.;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• İntensiv rejimdə və stress altında işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
• Müştərilərə çek kitabçalarını vermək;
• Şöbədə nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.