AFB Bank İnsan Resursları üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• AR Əmək qanunvericiliyi bilikləri;
• İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
• İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
• Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı;
• Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
• İşəqəbulun həyata keçirilməsi, yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
• Mükafatlandırma və motivasiya sisteminin tətbiq olunması;
• Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
• Kadr bazasının yaradılması və idarə edilməsi, işçilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
• İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.