AFB Bank “Gəncə” filialına İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Gəncə şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
• Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
• Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
• Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
• Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
• Verilmiş kreditlərin monitorinqinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditləri üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.