AFB Bank
Məlumat Mərkəzi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 05 iyn 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq, İngilis dili biliyi arzu olunandır;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı.
İşin təsviri:
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Məlumat Mərkəzinə e-mail vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat Mərkəzi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Kredit inzibatçılığı və sənədləşmə üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 05 iyn 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları, SWIFT sistemi üzrə biliklər;
- Nəticəyönümlülük, Dəqiqlik, Problem həlletmə bacarığı, Əməliyyat çevikliyi.
İşin təsviri:
- Qarantiyaların açılması, təsdiqi, avizo edilməsi və bankdaxili əməliyyat yığılması;
- Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması;
- Kredit əməliyyatları üzrə bankdaxili əməliyyat sistemində müvafiq işlərin yerinə yetirilməsi;
- Daşınar və daşınmaz əmlakların girova götürülməsi, girovun dəyişdirilməsi və girovdan azad olunması ilə bağlı işlərin icrası;
- Bütün növ sərəncamlar əsasında hesabların bloklaşdırılması və blokdan açılması, hesablardan silinmələrin aparılması;
- Sənədli əməliyyatlar üzrə SWIFT sistemi vasitəsilə yazışmaların aparılması.
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı və sənədləşmə üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Təsərrüfat və nəqliyyat üzrə aparıcı mütəxəssis
Son tarix 05 iyn 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- MS ofis proqramlarından istifadə bacarığı;
- İntizamlılıq, dəqiqlik, komandada işləmə bacarığı;
- Verilmiş tapşırıqları vaxtında və tam yerinə yetirmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etmək.
İşin təsviri:
- Bankın baş ofis və filiallarının ofis şəraitinin yaxşılaşdırılmasının təşkil edilməsi;
- Baş ofis və filiallarda olan əşyaların daşınmasını, otaqlara yığılmasını və s. yerdəyişmə işlərinin təşkil edilməsi;
- Bankın baş ofis və filallarda olan havalandırma, su təchizatı, istilik sistemlərini nəzarətdə saxlamaq, təmirə ehtiyac olduğu halda onların təmir işlərini təşkil etmək, baş ofisdə olan qazanxana, havalandırma mərkəzləri, elektrik otaqları və su sistemlərinə daimi nəzarət edilməsi;
- Filalların bütün xırda təmir tikinti və bərpa işlərinin təşkil edilməsi;
- Fövqəl vəziyyət zamanı yaranmış problemlərin həll edilməsi, su basma, kanalizasiya, yanğın və s. hadisələrin qarşısının alınması tədbirlərin hazırlanması;
- Baş ofis və filiallarda olan generator sistemlərinin servis cədvəllərinə nəzarət edilməsi və daimi işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
- Baş ofisin aylıq kommunal ödənişlərinə nəzarətin edilməsi, bu sahədə aidiyyatı dövlət orqanları ilə sənədləşmə işlərinin həll edilməsi;
- Bankın Avtoparkının mütəmmadı olaraq inspeksiyası və daim saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Avtomobillərin texniki vəziyyətinə nəzarət etmək;
- Sürücülərin gündəlik iş qrafikinin tərtib olunması;
- Struktur direktorunun verdiyi digər öhdəliklərin yerinə yetirilməsi.
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təsərrüfat və nəqliyyat üzrə aparıcı mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Hüquq meneceri
Son tarix 05 iyn 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali hüquq təhsili;
- Bank və ya bank olmayan kredit təşkilatında hüquq sahəsində 4 il iş təcrübəsi;
- Mülki və Bank qanunvericiliyi sahəsində biliklər;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Analitik təhlil və detallara fikir vermək qabiliyyəti;
- Nizam-intizam və məsuliyyətlilik;
- MS Office proqramlarında (MS Word, MS Excel) işləmək bacarığı.
İşin təsviri:
- Bankın Strateji planı əsasında hazırlanmış tədbirlər planına uyğun verilən tapşırıqları icra edir;
- Bankın məhsul və xidmətləri üzrə münasibətləri tənzimləyən əqdlərin standart şərtlərini hazırlayır;
- Dövlət idarəetmə, nəzarət, məhkəmə və notariat orqanlarında Bankı təmsil edir, bununla bağlı zəruri sənədlərin hazırlanmasına nəzarət edir;
- Bankın fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar məsələlərə dair sorğular üzrə məsləhət və hüquqi rəy verilməsi işini təşkil edir;
- İdarəetmə orqanlarının iclaslarının çağırılması, keçirilməsi və iclasların nəticələrinə dair protokolların, o cümlədən protokoldan çıxarışların hazırlanmasında iştirak edir;
- Bankın, onun törəmə cəmiyyətinin, filial, şöbə və nümayəndəliyinin yaradılması ilə əlaqədar təsis sənədlərinin hazırlanması və saxlanması, bu sənədlərdə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı icazənin alınması, həmçinin törəmə cəmiyyətin, filial, şöbə və nümayəndəliyinin ləğvinin dövlət qeydiyyatının aparılması işini təşkil edir;
- Bankın məhsul və xidmətləri üzrə münasibətləri tənzimləyən əqdlərin standart şərtlərinin hazırlanmasını təşkil edir;
- Dövlət idarəetmə və nəzarət orqanlarına ünvanlanan məktubların layihələrini hazırlanmasını təşkil edir.
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq meneceri” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Qiymətləndirmə üzrə mütəxəssis
Son tarix 05 iyn 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Daşınmaz və ya daşınar əmlaklar üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə etmiş şəxs arzuolunandır;
- MS Office proqramları üzrə biliklər.
İşin təsviri:
- Daşınmaz əmlak, avtonəqliyyat vasitələri, avadanlıq və digər girovların real bazar dəyərinin müəyyənləşdirilməsi;
- Kredit təminatı üçün təqdim olunan əmlakların qiymətləndirilməsi;
- Əmlak obyektlərinə baxış keçirərək faktiki vəziyyətin qiymətləndirilməsi və sənədlərlə uyğunluğunun yoxlanılması, otoşəkillərin və digər vizual materialların toplanması;
- Kredit üzrə risklərin minimuma endirilməsi üçün qiymətləndirmə tövsiyələri;
- Qiymətləndirmə zamanı müvafiq metodlardan istifadə (gəlir yanaşması, bazar yanaşması, maya dəyəri yanaşması, müqayisəli yanaşma və s;
- Dəqiq və şəffaf hesabatların yazılmas;
- Müvafiq normativ-hüquqi aktlara və qiymətlədnirmə fəaliyyəti haqqında qanuna uyğun sənədlərin tərtib olunması;
- Əmlak bazarının monitorinqi, müqayisə edilə bilən obyektlərin təhlili.
- Qiymət trendlərinin izlənməsi və analizi.
- Girovda olan təminatların təkrar qiymətləndirilməsi və portfelə nəzarət olunması;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması;
- Qiymətləndirmə sahəsində minimim 3 illik təcrübəsinin olması;
- Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər.
İş şəraiit
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qiymətləndirmə üzrə mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Kassir (Gəncə)
Son tarix 05 iyn 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
İş şəraiti
- İş qrafiki: 09:00 - 17:00 (Bazar ertəsi – Şənbə)
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir (Gəncə)” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.