AFB Bank
Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 01 fev 2025 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Müştəri bazasını idarəetmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Korporativ, KOS (SME) və Mikro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Kredit sifarişləri üzrə müştəri analizinin aparılması məqsədi ilə birbaşa biznes sahəsinə baxış keçirilməsi və yerində məlumatların əldə edilməsi;
- Bankdaxili qayda və prasedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışıında birbaşa iştirak etmək;
- Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Mövcud və yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;
- Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.