Afam Group
Baş mühasib
Son tarix 29 iyn 2025 - [email protected]
Təhsil sahəsində fəaliyyət göstərən şirkətdə Baş mühasib vakansiyası aktivdir.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük (normal)
- Əmək haqqı: Razılaşma əsasında
Tələblər:
- Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
- Baş mühasib kimi 5 il iş təcrübəsi;
- Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
- Sahə üzrə yerli qanunvericiliyi mükəmməl bilməsi mütləqdir;
- Peşəkar Mühasib Sertifikatı üstünlükdür.
İş haqqında məlumat:
- Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, əməliyyatların 1C proqramında qeyd edilməsini təşkil etmək və nəzarət etmək;
- Bank və kassa əməliyyatlarının icrasını təmin etmək və nəzarət etmək;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanmasını təşkil etmək;
- Statistika hesabatlarının təqdim edilməsi;
- DSMF hesabatlarının təqdim edilməsi;
- Vergi bəyannamələrinin, hesabatların hazırlanması;
- Maliyyə-təsərrüfat əməliyyatlarının icrasının Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğunu etmək və nəzarət etmək.
Göstərilən tələblərə uyğun namizədlər əmək haqqı tələbini qeyd etməklə CV-lərini mövzu yerinə “Baş mühasib-təhsil” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.