Afam Group
Baş mühasib
Son tarix 27 mar 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük (normal)
Əmək haqqı: nett 1500-1800 manat.
Tələblər:
- Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
- Baş mühasib kimi minimum 5 il iş təcrübəsi;
- Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
- Sahə üzrə yerli qanunvericiliyi mükəmməl bilməsi mütləqdir;
- Peşəkar Mühasib Sertifikatı üstünlükdür.
İş haqqında məlumat:
- İlkin əməliyyatların 1C mühasibat proqramında əks olunması;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi;
- E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergi bəyənnamələrinin, hesabatların hazırlanması və təqdim olunması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini 31.03.2023-cü il tarixinədək mövzu yerinə “Baş mühasib - Afam Group ” yazaraq göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.