Af Holding
Sənədləşmə üzrə mütəxəssis
Son tarix 23 yan 2024 - [email protected]
İş barədə məlumat:
- Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
- Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
- Sənədlərin göndərilməsini təşkil etmək;
- Sənədlərin icra müddətinə nəzarət etmək;
- Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
- Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
- Sənədlərdən istifadə edilməsini təmin etmək;
- Aşkar edilmiş sənədləri aktla təhvil almaq;
- Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
- Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
- Zəruri sənədlərdə düzəlişlər aparmaq;
- Korlanmış rəsmi blankların hesabatını aparmaq;
- Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin (filiallarla birlikdə), poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.
Namizədə tələblər:
- Xanım namizədlər
- Ali təhsil və ya orta ixtisas
- Azərbaycan, Rus-dili və İngilis dili üstünlük veriləcək
- Səbirli və diqqətli olmaq vacibdir
- Excel, Word və digər ofis proqramlarını bilmək vacibdir
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir
- Analitik düşüncəyə malik olmaq
İş şəraiti:
- Bazar ertəsi – cümə: saat 09:00 - 18:00
- Şənbə günü 09:00-13:30 və Bazar günü iş günü deyil
CV-ri e-mail ünvanına göndərin.