Bank Əməliyyatları üzrə Mühasib
Son tarix 18 avq 2022 - [email protected]
Tələblər:
-
İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil
-
2 ildən artıq mühasibatlıq sahəsində iş təcrübəsi
-
1C 8.2 - 8.3, MS Excel ilə yaxşı səviyyədə iş təcrübəsi.
-
Detallara diqqət, məsuliyyət, dəqiqlik.
-
Azərbaycan və Rus dili biliyi.
Vəzifə öhdəlikləri:
-
Nağdsız ödənişlərin aparılması, ödəniş sənədlərinin hazırlanması;
-
Təchizatçı şirkətlər ilə imzalanmış üzləşdirmə aktları əsasında internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
-
1C proqramında bank çıxarışlarının işlənməsi;
-
Elektron vergi sistemi ilə işləmək, e-qaime-nin düzgünlüyünün yoxlanılması, onlayn kargüzarlıq ilə iş;
-
Bank əməliyyatlarının yoxlanılması, nəzarəti və uçotunun aparılması;
-
Müxtəlif məsələlərin həlli üçün banklarla əlaqə saxlanılması;
-
Sənədlərin arxivləşdirilməsi;
-
Dövrün aylıq bağlanması, rəhbərlik üçün hesabatlarının hazırlanması;
-
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
-
İş qrafiki 5/2, 09.00-18.00
-
Şirkət tərəfindən nahar və endirim bonusları təqdim edilir.
CV-nizi məktubun mövzu hissəsində “Bank Əməliyyatları üzrə mühasib” qeyd etməklə poçt ünvanına göndərməyiniz xahiş olunur.