“A+CO” MMC şirkəti "İstehsal Direktoru" vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
• Ali təhsil (idarəetmə, iqtisadiyyat, istehsal sahələrində);
• 5 ildən çox olmaq şərtilə istehsal sahəsində təcrübə (şərab, spirt, az alkoqollu içkilər, pivə, enerji məhsullarının istehsalı);
• ISO standartlarının tətbiqi ilə bağlı bilik və təcrübə;
• İstehsalın iqtisadi göstəricilərini təhlil etmə bacarığı (özünütəmin etmə, satış, marja);
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə.
Vəzifə öhdəlikləri:
• İstehsal fəaliyyətinin təşkili (şərab - spirt, alkoqollu və az alkoqollu içkilər, pivə, energetik içki istehsalı) və personalın idarəedilməsi (400 nəfərədək) ;
• İstehsal səmərəliliyinin artırılması, istehsal həcmlərinin azaldılması (maddi, maliyyə, əmək), istehsal ehtiyatlarından səmərəli istifadə.
• Məhsulların çeşidini və keyfiyyətini yaxşılaşdırmaq, yeniləmək, rəqabət qabiliyyətli yeni məhsul növləri yaratmaq və yeni SKU-ları seriya istehsalına çıxarmaq üçün fəaliyyətlərin idarə olunması.
• İstehsal prosseslərinin bütün mərhələlərində əməliyyata nəzarətin təşkili, hazır məhsulların keyfiyyətinə nəzarət, həmçinin hazır məhsullar, xammal, köməkçi materiallar, yarımfabrikatlar üçün emalatxanalarda və anbarlarda saxlama qaydaları haqqında məlumatlı olmaq.
• Avadanlıqların istismara yararlılığı və istehsal proseslərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi.
• İstehsal xətlərinin səmərəliliyini, istifadə göstəricilərini təhlil edilməsi, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, dizaynların və ya ayrı-ayrı avadanlıqların dəyişdirilməsi üçün təkliflər hazırlanması.
• İstehsalın inkişafı və avadanlıqların yenilənməsi ilə əlaqədar texniki sənədlərin nəzərdən keçirilməsində iştirak edilməsi.
• Texniki sənədlərin (spesifikasiyalar, texniki şərtlər, texnoloji xəritələr) vaxtında hazırlanmasının təmin edilməsi.
• İstehsal həcmləri, çeşidlər planının və onların təhlilinin aylıq koordinasiya edilməsi.
• İllik istehsal büdcəsinin tərtib edilməsi və icrasına nəzarət edilməsi.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Xarici vətəndaşlar üçün iş icazəsi təmin edilir;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "İstehsal Direktoru" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“A+CO” MMC şirkəti Satış Auditi şöbəsinə "Şöbə müdiri" vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
• Ali təhsil ( iqtisadiyyat, kommersiya sahələrində);
• Müvafiq sahədə 5 ildən az olmayaraq təcrübə;
• Mükəmməl səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili bilikləri;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə.
Vəzifə öhdəlikləri:
• Tabeçiliyində olan əməkdaşlara aylıq və gündəlik iş bölgüsü hazırlamaq;
• Audit proqramlarının hazırlanması, qrafikin formalaşmasının təmin edilməsi;
• Təsdiqlənmiş audit planları əsnasında yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinə dair rəyin təqdim edilməsi ;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
• Satış nöqtələrinə yerində baxış keçirilməsinə və satış təmsilçilərinin fəaliyyətlərinin düzgün qiymətləndirilməsinə nəzarət edilməsi;
• Əməkdaşlıq edilən ticarət nöqtələrində sayımların təşkil edilməsi və prossesə nəzarət edilməsi;
• Risk dəyərləndirmələri əsnasında planlı və plandan kənar yoxlamaların həyata keçirilməsini təşkil etmək;
• Nəzarət mühitinin dəyərləndirilməsinə dair testlər aparmaq;
• Nəzarət etdiyi şöbədə, təqsirli bilinən işçi və şirkətə maddi və ya mənəvi zərər vurmuş işçi barəsində normativ sənədlərin hazırlanması, müvafiq qaydalar əsasında şirkətə dəymiş zərərin ödənilməsinə nəzarət edilməsi;
• Nəzarət etdiyi şöbənin fəaliyyətinə təsir etmiş və ya edə biləcək halların aşkarlanması, bu kimi neqativ hallar baş verdikdə dərhal araşdırma aparılması;
• Nöqsan və çatışmazlıqların aradan qaldırılması, bu istiqamətdə aparılan yoxlamalar və nəticələr barəsində tədbir planlarınının hazırlanması;
• İllik audit strategiyası və planının tərtib edilməsi, yerinə yetirilimiş işlər barəsində illik fəaliyyət hesabatının hazırlanması;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
• Rəhbərliyin verdiyi xüsusi tapşırıqların yerinə yetirilməsi və nəticələrinin raportlanması;
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri ;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Əmək haqqı razılaşma yolu ilə təyin ediləcəkdir ;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Satış Auditi Şöbə müdiri" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.