“A+CO” MMC şirkəti Maliyyə-Uçotu Şöbəsinə "İnventarlar üzrə mühasib" vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
• Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
• Yaş: 21-30;
• Cins: Yalnız kişi namizədlər;
• Maliyyə sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office (MS Excel) proqram bilikləri;
• Logo Tiger 3 Enterprise proqram bilikləri;
• Rus dili biliyi (iş gərəyi lazım olacaq);
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
• Əsas vəsaitlərin uçotu,izlənilməsi,yerdəyişmələrin sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemə işlənilməsi;
• Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotu;
• Digər inventarların uçotu , sayımların təşkili və ehityac yaranarsa sayımlarda iştirak;
• Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
• Birbaşa rəhbərinin aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar və Servis Şirkət tərəfindən təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "İnventarlar üzrə mühasib" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.