Əməliyyatlara Nəzarət Departamentində Mütəxəssis/ Aparıcı Mütəxəssis- Mikro və Aqro Kreditlər Sahəsi
Vəzifə öhdəlikləri:
• Bankın mikro və aqro kreditlərinin monitorinq yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın filiallarına və müştərilərin yerləşdiyi ünvana getmək (Bakı və region filialları);
• Mikro və Aqro kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsini qiymətləndirmək;
• Mikro və Aqro kreditlərə aid olan risklərin təhlilini həyata keçiriimək və riskin azaldılmasına yönəldilmiş tövsiyyələr verilmək;
• Monitorinqin aparılması üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
• Monitorinqin nəticələri üzrə tam detallı hesabatların hazırlanması.
• Bank işçiləri və müştərilər ilə sağlam iş münasibətlərini qurmaq.
Tələblər:
• Bankda biznes kreditlər, audit, risklərin idarə edilməsi və/ və ya daxili nəzarət sahələrində minimum 1 il iş təcrübəsi;
• İqtisadiyyat, Maliyyə, Audit fakultələri və ya digər uyğun sahə üzrə ali təhsil;
• Səlis Azərbaycan, İngilis və Rus dili bilikləri (yazılı və şifahi);
• Təhlil etmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Ofis proqramları biliyi və sərbəst işləmək bacarığı;
• Yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər.
• İnnovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı və istəyi.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.