Access Bank
Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi (Xaçmaz)
Son tarix 27 apr 2023 - Müraciət et
Təsvir:
- Bankın kredit məhsullarının şərtlərini bilmək və onları potensial müştərilərə izah etmək;
- Birbaşa əlaqə yaratmaqla yeni müştəriləri cəlb etmək;
- Digər Bank məhsullarından xəbərdar olmaq və onları öz potensial müştərilərinə tövsiyyə etmək;
- Bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatları həyata keçirtmək (kredit ərizəsi, girovun qiymətləndirilməsi, biznesin maliyyə təhlili və s.);
- Monitorinq aparmaq və portfelin keyfiyyətinə nəzarət etmək;
- Bankın seminarlarında fəal iştirak etmək;
- Filialda Mikro və Aqro Müştərilər üzrə Menecer və Filial Müdiri tərəfindən qoyulan bütün tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyətqurma bacarığı;
Müştəri Xidmətləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis (Ağcabədi filialı)
Son tarix 27 apr 2023 Müraciət et
Təsvir:
- Bankın məhsulları haqqında müştərilərin məlumatlandırılması;
- Bankın istehlak kreditləri üzrə müştəri bazasının formalaşdırılması və inkişafı;
- Bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi;
- Korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmətin göstərilməsinin təmin edilməsi;
- Müştərilərə bank hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması.
Tələblər:
- Ali təhsil;
- Pərakəndə Bankçılıq sahəsində 1 ildən çox iş təcrübəsi;
- Komandada işləmə bacarığı;
- Satış qabiliyyəti, müştərini inandırma bacarığı;
- Yüksək ünsiyyətqurma bacarığı.