Access Bank
Maliyyə Məhsul Sahibi
Son tarix 25 dek 2022 - Müraciət et
Təsvir:
- Bankda mövcud olan məhsulların gəlirliyini qiymətləndirmək;
- Bankda vahid məhsulların gəlirliyinə dair hesabatlar təqdim etmək;
- Bankda yaranan yeni məhsullar üçün gəlir və xərclərin hesablanması;
- Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
- Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;
- Mütəmadi olaraq hesabat vermək və rəhbər tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Maliyyə, Biznes, İqtisadiyyat və Riyaziyyat üzrə ali təhsil;
- Bank sektorunda 3 il müvafiq iş təcrübəsi (Maliyyə, Satış və ya Marketinq);
- Məhsul Analitikası/Məhsul qiymətlərin müəyyən olunması və ya Maliyyə Performans təhlili sahəsində təcrübə;
- Güclü kəmiyyət və analitik bacarıqlar; Böyük həcmdə data və rəqəmlərlə işləmək bacarığı; Məhsul Analitiki Excel-də son dərəcə təcrübəli və PowerPoint-də yaxşı bacarıqlara malik olmalıdır;
- Məhsul Analitiki həm də böyük yaradıcı, uzaqgörən və tənqidi düşünmə və problem həll etmə bacarıqlarına malik olmalıdır;
- Məhsul Analitiki təşkilatçılıq, vaxtın idarə edilməsi bacarıqlarına malik olmalı, prioritetləşdirməyi bacarmalı, təfərrüat yönümlü olmalı və eyni vaxtda bir neçə tapşırığın öhdəsindən gəlməyi bacarmalıdır.
- Açıq fikirli, qətiyyətli, güclü biznes düşüncə tərzi və çeviklik;
- Yaxşı ünsiyyət bacarıqları və biznes sahibləri ilə yaxşı münasibətlər qurmaq bacarığı;
- Problemləri detallı araşdırmaq bacarığı və mürəkkəb məsələlərin həllinə həvəs göstərmək.