Access Bank
Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi Mütəxəssis (Bakı)
Son tarix 22 dek 2022 - Müraciət et
Təsvir:
- Bankın kredit məhsullarının şərtlərini bilmək və onları potensial müştərilərə izah etmək;
- Birbaşa əlaqə yaratmaqla yeni müştərilərin cəlb olunması;
- Digər Bank məhsullarından xəbərdar olmaq və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə, onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşayiət etmək və ya özü tərəfindən satışı həyata keçirmək;
- Bütün mövcud siyasət, prosedur və formalara riayət olunması, bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatların həyata keçirilməsi (müştəri ilə ilk əlaqə, kredit ərizəsi, girovun qiymətləndirilməsi, biznesin maliyyə təhlili, müştərinin şəxsi təhlili, müştərinin üçüncü şəxslər vasitəsi ilə yoxlanması, kredit komitəsi, kredit qərarının rəsmiləşdirilməsi, kreditin verilməsi, monitorinq, portfelin keyfiyyətinə nəzarət);
- Bankın seminarlarında fəal iştirak etmək;
- Filialda Mikro və Aqro Müştərilər üzrə Menecer və Filial Müdiri tərəfindən qoyulan bütün vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyətqurma bacarığı.