Maliyyə/Məhsul üzrə Baş Analitik
Son tarix 19 fev 2022
Təsvir:
Əsas öhdəlik hədəf bazar seqmentlərinin araşdırılması, araşdırılan məhsulların bankın ehtiyaclarına və təsdiq edilmiş strategiyasına uyğun olmasını təmin etmək üçün məhsul menecerləri ilə əməkdaşlıq etməkdir.
-
Bankın maliyyə göstəriciləri təhlili, seqmentin gəlirliliyinin hazırlanması və Bankın strategiyasına uyğunluğu müəyyənləşdirilməsi;
-
Mövcud məhsulların, onların Banka kəmiyyət və keyfiyyət baxımından faydalarını və bazarda rəqabət qabiliyyətini təhlil edilməsi;
-
Biznes tərəfindən satışa çıxarılan yeni məhsullar üçün xərclərinin hesablanması və gözlənilən ROI-nin müəyyənləşdirilməsi;
-
Bazarın və rəqiblərin fəaliyyətinin monitorinqi və əsas qərarların qəbulunda istifadə olunacaq tövsiyələrin verilməsi.
-
Qiymət sapmalarının və istisnaların nəzərdən keçirilməsinə və idarə olunmasına cavabdeh olmaq;
-
Satışdan irəli gələn qiymət sorğularına cavablandırılması;
-
Qiymətlərin müəyyənləşdirilməsi zamanı olunan səhvlərin düzəldilməsi prosesində maraqlı tərəflərlə işləmək.
Tələblər:
-
Maliyyə, Biznes, İqtisadiyyat və Riyaziyyat üzrə ali təhsil;
-
Bank sektorunda 3 il müvafiq iş təcrübəsi (Maliyyə, Satış və ya Marketinq);
-
Məhsul Analitikası/Məhsul qiymətlərin müəyyən olunması və ya Maliyyə Performans təhlili sahəsində təcrübə;
-
Güclü kəmiyyət və analitik bacarıqlar; Böyük həcmdə data və rəqəmlərlə işləmək bacarığı; Məhsul Analitiki Excel-də son dərəcə təcrübəli və PowerPoint-də yaxşı bacarıqlara malik olmalıdır;
-
Məhsul Analitiki həm də böyük yaradıcı, uzaqgörən və tənqidi düşünmə və problem həll etmə bacarıqlarına malik olmalıdır;
-
Məhsul Analitiki təşkilatçılıq, vaxtın idarə edilməsi bacarıqlarına malik olmalı, prioritetləşdirməyi bacarmalı, təfərrüat yönümlü olmalı və eyni vaxtda bir neçə tapşırığın öhdəsindən gəlməyi bacarmalıdır.
-
Açıq fikirli, qətiyyətli, güclü biznes düşüncə tərzi və çeviklik;
-
Yaxşı ünsiyyət bacarıqları və biznes sahibləri ilə yaxşı münasibətlər qurmaq bacarığı;
-
Problemləri detallı araşdırmaq bacarığı və mürəkkəb məsələlərin həllinə həvəs göstərmək.