Komplayens şöbəsinin baş mütəxəssisi
Öhdəliklər:
• ÇPY/TMM üzrə şübhəli əməliyyatların yoxlanılması və analizi;
• ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;
• Daxil olan müvafiq sorğuların cavablandırılması;
• Azərbaycan dilində qrammatik düzgün olaraq işgüzar məktubların tərtibatı;
• Rəhbər tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması;
• Filiallarda ÇPY/TMM üzrə yaranan problemlərin həllində əməkdaşlara dəstək olmaq.
Tələblər:
• Bankda ən azı 3 illik iş təcrübəsi;
• ÇPY/TMM, daxili nəzarət və ya əməliyyat riskləri sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;
• Analitik təfəkkür;
• Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək;
• Mükəmməl Azərbaycan dili biliyi (rəsmi sorğuların cavablandırılması üçün) və yüksək ingilis dili və ya rus dili biliyi;
• Rəqəmlərlə işləyərkən yüksək səviyyədə diqqətlilik;
• Mükəmməl ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
E-mail: [email protected]