Access Bank
Qrafik dizayn üzrə kiçik mütəxəssis
Son tarix 07 mar 2025 - Müraciət et
Təsvir
- Bank tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
- Xarici kampaniyaların Brendin nüfuzu, zahiri görnüşü və məntiqinə (“look and feel”) uyğun aparılmasına dair məsləhətlər verməklə kommunikasiya planlarının həyata keçirilməsinə töhfə vermək;
- Bankın biznes seqmentlər üçün hazırlanmış imaj və məhsulların təşfiqi kampaniyalarının kommunikasiya planlarının həyata keçirilməsinə töhfə vermək;
- Foto və video çəkilişlərin təşkilinə kömək etmək (iştirakın təşkili və nəzarət);
- Daxili kampaniyaların Brendin nüfuz, zahiri görünüşü və məntiqinə (“look and feel) uyğun aparılmasına dair məsləhətlər verməklə daxili kommunikasiya planlarının həyata keçirilməsinə töhfə vermək;
- Brendbukun təlimatlarına əsaslanan vahid korporativ dizaynın hazırlanması və həmin korporativ dizaynın Bankın avadanlıqları, daxili proqram təminatı və məhsullarına daxil edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili bilikləri üstünlükdür;
- Proqram bilikləri: Adobe İllustrator, Adobe Photoshop, Adobe after Effects biliyi üstünlükdür;
- Brandbookla işləmə təcrübəsi və bacarığı;
- Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
- Kreativ düşüncə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Layihələri idarə etmək bacarığı;
- Dəqiqlik, məsuliyyət və dürüstlük.
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat