Access Bank
Dizayn üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 26 avq 2024 - Müraciət et
Təsvir
- Marketinq kampaniyalarına həm yaradıcı, həm də vizual həllərin verilməsi (qrafik, infoqrafika, illustrasiya, 2D / 3D animasiya, hərəkətli qrafik videolar);
- Ənənəvi və rəqəmsal marketinq kanalları üçün vizualların hazırlanması;
- Bank tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
- Xarici kampaniyaların brendin nüfuzu, zahiri görünüşü və məntiqinə (look & feel) uyğun aparılmasına dair məsləhətlər verməklə kommunikasiya planlarının həyata keçirilməsinə töhfə verilməsi;
- Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığını təmin edilməsi;
- Korporativ stilin elementlərinin hazırlanması;
- Video və foto montaj;
- Brendbukun təlimatlarına əsaslanan vahid korporativ dizaynın hazırlanması və həmin korporativ dizaynın Bankın daxili proqram təminatı və məhsullarına daxil edilməsi;
- Yeniliklərin və trendlərin təqib edilməsi və yeni idealar təklif edilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili bilikləri üstünlükdür;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Proqram bilikləri: Adobe İllustrator, Adobe Photoshop, Adobe after Effects, Adobe Premiere, Autodesk 3D’s Max / Blender / Cinema 4D, Microsoft Power Point, Microsoft Word.
- Brandbookla işləmə təcrübəsi və bacarığı;
- Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
- Kreativ düşüncə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Layihələri idarə etmək bacarığı;
- Dəqiqlik, məsuliyyət və dürüstlük.