Access Bank
Kreditlərin Restrukturizasiyası və Bərpası Şöbəsində Aparıcı Hüquqşunas (Analıq məzunyyəti dövründə əvəzetmə)
Son tarix 21 dek 2023 - Müraciət et
Təsvir:
- Bankın Məhkəmə icraatında olan işləri (problemli kreditlər üzrə) ilə bağlı məhkəmə icraçıları, əlaqəli dövlət orqanları ilə əlaqələr yaratmaq;
- Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında təşkilatın maraqlarını təmsil etmək;
- Sorğuları, ddia ərizələrini, məhkəmə aktlarından şikayətləri vaxtında hazırlamaq;
- İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
- Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək, hüquqi təhlil aparmaq;
- Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək;
- Zəruri əmək şəraitinin və kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaradılmasına kömək etmək; əmək intizamına riayət etmək;
- Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək, qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq;
- Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
- Şöbə Rəhbəri tərəfindən verilən iş üçün zəruri olan tapşırıqları icra etmək.
Tələblər:
- Ali Hüquq təhsili;
- Həmin sahədə minimum 2 il təcrübə;
- Azərbaycan dilini mükəmməl, ingilis dili arzuolunandı;
- Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
- Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Komandada işləmək bacarığı və istəyi.