Access Bank
Xəzinədarlıq Departamentinin Mütəxəssisi
Son tarix 13 yan 2023 - Müraciət et
Təsvir:
- Maliyyə, mühasibat uçotu və ümumi iqtisadiyyat üzrə ali təhsil;
- Azərbaycan, rus və ingilis dilləri biliyi;
- MS Office proqramları ( xüsusilə MS Excel və MS Power Point) biliyi;
- Makroiqtisadi konseptlər və maliyyə bazarları üzrə biliklər;
- Təhlil bacarığı və detallara diqqətlilik;
- Komanda işi, təşəbbüskarlıq, effektiv ünsiyyət bacarıqları.
Tələblər:
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə təhlilin aparılması, əlverişli investisiya imkanlarının müəyyən edilməsi;
- Daxili qayda, siyasət və prosedurlara uyğun olaraq investisiya portfelinin idarə edilməsi;
- İlkin və təkrar bazarda əqdlərin icrası üçün broker və kontragentlərlə danışıqların aparılması;
- Bankın likvidlik proqnozunun hazırlanması, likvidliyin requlyator və daxili qaydalara uyğun olaraq effektiv idarə edilməsi;
- Xəzinədarlıq departamentinin fəaliyyəti üzrə dövri və xüsusi məqsədli (ad hoc) hesabatların və təqdimatların hazırlanması, təhlilllərin aparılması;
- Aktiv və Öhdəliklərin İdarə Olunması Komitəsinin iclaslarının təşkili;
- Xəzinədarlıqla bağlı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə araşdırmaların aparılması.
Marketinq Departamentində Menecer
Son tarix 13 yan 2023 Müraciət et
Təsvir:
- Yerli bazar araşdırması və təhlilinin aparılması. Biznes, brend, hədəf bazar və rəqib kontekstində markalaşdırma, marketinq və kommunikasiya strategiyasının formalaşdırılması barədə məlumatlandırmaq;
- Korporativ, Kiçik və Orta Müəssisələr və Fərdi Bankçılıq seqmentləri ilə sıx əməkdaşlıq çərçivəsində marketinq və reklam kampaniyaları hazırlamaq, detallı planlar hazırlamaq, və kampaniyanı müxtəlif kanallar üzrə idarə etmək və daha sonra onun effektivliyini qiymətləndirmək;
- Müvafiq seqmentlər üzrə marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onun effektivliyinin qiymətləndirilməsi;
- Marketinq və reklam kampaniyaları hazırlanması və həyata keçirilməsi, Korporativ, Kiçik və Orta və Fərdi bankçılıq seqmentləri ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının hazırlanması;
- Potensial müştəri cəlb etmə kampaniyalarının idarə edilməsi və təkmilləşdirilməsi, daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi;
- Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin, reklamların, və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin hazırlanması;
- Korporativ, Kiçik və Orta Müəssisələr üzrə bankçılıq və Fərdi bankçılıq seqmentləri üzrə marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi;
- Hazırlanmış bütün marketinq fəaliyyətlərinin marka mövqeləndirmə və təlimatlara uyğun olmasını təmin etmək;
- Toplanmış məlumatlar və digər iradlara cavab olaraq marketinq kampaniyaları və strategiyalarının lazımi qaydada monitorinqi və tənzimlənməsi; rəqib kampaniyaların qiymətləndirilməsi, mümkün inkişaf üçün müştərilərdən və məhsul sahiblərindən rəylər toplanılması;
- Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və onların yuxarı rəhbərliyə detallı yazılı hesabat şəklində və şifahi formada təqdim edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
- Sosial reklam kampaniyaları hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi;
- Mükəmməl kommunikasiya bacarığı;
- Tapşırıqların bölüşdürülməsi və prioritetləşdirilməsi bacarığı;
- Büdcəni idarə etmək bacarığı;
- Azərbaycan, İngilis, Rus dillərində səlis danışıq/yazı bacarığı.