Absheron Hospitality Group MMC
Leading accountant
Son tarix 21 noy 2025 - [email protected]
Əsas öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabı qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının (DSMf, Statistika, Vergilər, ÖMV və digər rəsmi orqanlara təqdim edilən hesabatlar) hazırlanması və qanunvericiliyə uyğun şəkildə təqdim olunması;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab-fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Xərclərinin təhlili və faktiki xərclərlə büdcə arasında müqayisələrin aparılması;
- Anbar xərclərinin (logistika, saxlama, itki və s.) izlənməsi və aylıq hesabatlarının hazırlanması;
Vəzifə üzrə əsas tələblər:
- Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil;
- Müvafiq vəzifədə 2 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərin olması;
- 1C proqramında (mühasibat modulu üzrə) sərbəst işləmək bacarığı;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Azərbaycan (yüksək səviyyədə) və İngilis dili (C1) biliklərinin olması, (Rus dilini bilmək arzuolunandır);
- MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
İş şəraiti:
- Əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi;
- Həftə içi 5 günlük iş qrafiki (08:00-dan 17:00-dək);
- Şənbə və Bazar günləri istirahət günü;
- Əmək bazarında rəqabətli əmək haqqı;
- İş yeri Bakı, Xətai ray., Y.Səfərov küç.5 ünvanında (Baku Palace) yerləşir.
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.
E-mail göndərilərkən mövzu hissəsində “Leading accountant” qeyd olunmalıdır. Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.