ABB-İnvest
Komplayns üzrə mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Son tarix 06 dek 2024 - [email protected]
İş günü: Tam
Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609, Globus Center 8-ci mərtəbə
İş barədə məlumat:
- Şirkətdə komplayns riskinin idarə edilməsi;
- Müvafiq qanunlara, normalara, qaydalara və peşekar standartlara uyğunluğu təmin etmək;
- Komplayns sisteminin idarə edilməsinin təkmilləşdirilməsi;
- Qaydaların, prosedurların və ya digər sənədlərin yazılması yolu ilə qanun, qayda və standartların düzgün yerinə yetirilməsi üçün təlimat materiallarının hazırlanması və Şirkət işçilərinin təlimi;
- Komplayns riski ilə əlaqəli hadisələrin uçotunu aparmaq, araşdırmalar həyata keçirmək, izahatlar almaq, onların baş vermə ehtimalını müəyyən etmək;
- Komplayns riskinin idarə edilməsi üçün daxili sənədlərin hazırlanmasında, Şirkətin və onun işçilərinin fəaliyyətində maraqların toqquşmasının aşkarlanması, idarə edilməsi və onların minimuma endirilməsinə yönəlmiş daxili sənədlərin hazırlanmasında iştirak etmək;
- Müştəri şikayətlərinin (müraciətlərinin, ərizələrinin) dinamikasını təhlil etmək və müştəri hüquqlarının Şirkət tərəfindən qorunmasına nəzarət etmək;
- Korporativ davranış qaydalarına və peşə etikasına riayət olunmasına yönəlmiş daxili sənədlərin tələblərinə Şirkətdə riayət olunmasına nəzarət etmək;
- Komplayns riskinin idarə edilməsi ilə bağlı Şirkətin daxili sənədlərində nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;
- İnvestisiya şirkətinin komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək;
- Müşahidə Şurasına pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim etmək;
- Risklərin idarə edilməsi bölmələri ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə investisiya şirkətinin daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak etmək;
Tələblər:
- Təhsili (istiqamət və dərəcə): Ali iqtisadi, hüquqi
- Xarici dil bilikləri: Yüksək səviyyədə ingilis dili
- İş stajı (minimum müddət): 2 il
- İnformasiya texnologiyalarlı bilikləri:
- Microsoft Office proqramları, FLEX,BI, SIRON, telescope
Digər bilik ve bacarıqlar:
- Departamentin fəaliyyət sahəsini tənzimləyən qanunvericilik bazası ilə tanışlıq
- Mərkəzi Bankın normativ aktları ilə tanışlıq
- Analitik düşüncə tərzi
- Problemləri həll etmək bacarığı
- Komandada işləmə bacarığı
- Stressə davamlılıq
- Təqdimat bacarığı
- Kommunikasiya bacarıqları
İş şəraiti:
- İş günləri: 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 -14:00
- İş yeri; Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV”-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu yerində " Komplayns üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis" başlığı yazmaqla göndərmələri xahiş olunur.