ABB-İnvest İnvestisiya Şirkəti QSC
Daxili nəzarət Şöbəsinin Mütəxəssisi
Son tarix 08 fev 2026 - [email protected]
İş şəraiti:
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Daxili nəzarət sistemlərinin fəaliyyətini təhlil etmək və effektivliyini artırmaq üçün təkliflər vermək;
- Daxili prosedurların və əməliyyatların qanunvericiliyə, daxili normativlərə və risk menecment siyasətinə uyğun icrasına nəzarət etmək;
- Risklərin erkən aşkarlanması məqsədilə nəzarət alətlərindən istifadə etmək və profilaktik tədbirlər təklif etmək;
- Uyğunsuzluq hallarını araşdırmaq, səbəb və nəticələri müəyyənləşdirərək rəhbərliyə hesabatlar təqdim etmək;
- Audit yoxlamaları və rəy proseslərində iştirak etmək, dəstək vermək;
- Rəhbərlik üçün mütəmadi və operativ hesabatlar hazırlamaq
- Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,
Tələblər:
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);
- Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır;
- Komputer bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusən Excel və Word yaxşı səviyyədə.
- Flexcube, Bİ və BPM üzrə bilikləri olan;
- İş təcrübəsi:1 ilədək Audit, Daxili nəzarət və ya Risk sahəsi
- (Peşəkar etika və konfidensiallıq prinsiplərinə sadiqlik;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Komanda ilə işləmə və hesabatlılıq bacarığı.
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Daxili nəzarət Şöbəsinin Mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.










