ABB-İnvest İnvestisiya Şirkəti QSC
Müştərilərlə iş şöbəsinin mütəxəssisi
Son tarix 16 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Müştəri tərəfindən telefon, e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
- Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərə yönləndirmək;
- Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirmək və aidiyyəti üzrə yönləndirmək;
- Görülən işlər üzrə hesabatların hazırlanması;
- Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi;
Tələblər
- İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
- Müştəri ilə ünsiyyət qurma bacarığı;
- Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, fəallıq;
- Kompyuter proqramları ilə istifadə bacarığı;
- Azərbaycan dili – mükəmməl, rus dili - mükəmməl, ingilis dili – yaxşı səviyyədə bilmək arzu olunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Nəzakətlilik, dəqiqlik;
- Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı;
- Maliyyə sektorunda təcrübənin olması;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Daxili nəzarət şöbəsinin mütəxəssisi
Son tarix 16 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Daxili nəzarət sistemlərinin fəaliyyətini təhlil etmək və effektivliyini artırmaq üçün təkliflər vermək;
- Daxili prosedurların və əməliyyatların qanunvericiliyə, daxili normativlərə və risk menecment siyasətinə uyğun icrasına nəzarət etmək;
- Risklərin erkən aşkarlanması məqsədilə nəzarət alətlərindən istifadə etmək və profilaktik tədbirlər təklif etmək;
- Uyğunsuzluq hallarını araşdırmaq, səbəb və nəticələri müəyyənləşdirərək rəhbərliyə hesabatlar təqdim etmək;
- Audit yoxlamaları və rəy proseslərində iştirak etmək, dəstək vermək;
- Rəhbərlik üçün mütəmadi və operativ hesabatlar hazırlamaq
- Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,
Tələblər
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);
- Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır;
- Komputer bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusən Excel və Word yaxşı səviyyədə.
- İş təcrübəsi:1 ilədək Audit, Daxili nəzarət və ya Risk sahəsi
- (Peşəkar etika və konfidensiallıq prinsiplərinə sadiqlik;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Komanda ilə işləmə və hesabatlılıq bacarığı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.