ABB-İnvest İnvestisiya Şirkəti QSC
Ofis Meneceri
Son tarix 31 avq 2026 - [email protected]
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Şirkətin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası;
- Rəhbərliyə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək;
- Sənədlərin hazırlanması, qeydiyyatı və düzgün şəkildə idarə olunmasını təmin etmək;
- Daxil olan və göndərilən sənədlərin, yazışmaların və digər inzibati məlumatların sistemli şəkildə aparılması;
- Məktubların qəbulu, qeydiyyatı və aidiyyəti üzrə göndərilməsinin təşkili;
- Rəhbərin görüşlərinin, iclaslarının və gündəlik planının təşkili;
- Onlayn görüşlərin (Zoom və digər platformalar) yaradılması, təqvimlərin (calendar) idarə olunması;
- Şirkətə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi;
- Ofisin gündəlik ehtiyaclarının izlənilməsi və təmin edilməsi;
- Dəftərxana ləvazimatları və digər ofis ehtiyaclarının müəyyən edilməsi;
- Ofisdə yaranan texniki və inzibati məsələlərin həlli üçün aidiyyəti şəxslərlə əlaqələndirmələrin aparılması.
Tələblər:
- Ali təhsil (idarəetmə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
- Ofis meneceri və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – mükəmməl səviyyədə;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramları (Word, Excel, Outlook), Zoom və digər ofis proqramları ilə işləmək bacarığı;
- Sənədlərlə işləmə və məlumatların düzgün idarə olunması bacarığı;
- Yüksək təşkilatçılıq və planlama bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və səliqəlilik;
- Operativ qərarvermə və problemlərin həlli bacarığı;
- Güclü ünsiyyət bacarığı və peşəkar davranış.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Ofis meneceri” vəzifəsini qeyd etməyi unutmayın.
















