Abacus Audit And Consulting
Aparıcı mühasib
Son tarix 16 dek 2023 [email protected]
Vakansiya barədə məlumat:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Balans maddəsi üzrə digər maaddələrin ilkin sənədlərlə yoxlanılması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitorlar üzrə qalıqların yoxlanılması;
- Açıq tender və ya kotirovka sorğusu üzrə sənədləri hazırlanması və yönləndirilməsi,
- Proqnoz balansının hazırlanması;
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- Əmək haqqı aralığı 1000-18000
Namizədə tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi;
- Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;
- Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
- MHBS - Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əsas tələbdi
- Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
- Hesabatların hazırlanması və yazı bacarıqları;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
- Yaxşı ünsiyyət qurma bacarığı;
Son müraciət tarixi: 15 dekabr 2023
Müraciət qaydaları: CV-ni elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib ” yazıb göndərməklə müraciət edilir.