AAC MMC
Avtomatika,qazanxana və nasosxana üzrə mütəxəssis
Son tarix 09 may 2024 - [email protected]
İş barədə məlumat:
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Əmək haqqı təcrübədən asılı olaraq 900-1000 AZN (net) olacaqdır.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- İş rejimi – növbəli
- Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılmasını və tənzimlənməsini işlərinin icra olunması.
- Ölçmə və tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmətin işlərinin yerinə yetirilməsi.
- Avtomatika və elektronika sistemi ilә bağlı olan nasazlıqların aradan qaldırılması görülən işlərlə bağlı sənədləşmə işlərinin aparılmasını təmin edir.
- Avtomatika ilә bağlı baş vermiş xәtaları tәsbit edir , xәtalarının sәbәblәrini araşdırır, tәdbirlәr hәyata keçirir.
- Komputerləşdirilmiş texniki istismar sisteminə nəzarət edilməsi işini icra edir.
- Gündəlik göstərişləri, tapşırıqları, növbə rəisinin raportu jurnalında göstərilmiş nöqsanları aradan qaldırılmasını təmin edir.
- Görülәn işlәr vә sәrf olunan materiallar haqqında bir başa rəhbərinə hesabatları təqdim edir.
- Texnoloji qurğunu istismara tam yararlı olan cihazlarla təmin edir.
- Avadanlıqların aylıq planlı-xəbərdaredici təmir işinin aparılmasında iştirak edir .
- Avtomatika sisteminə aid avadanlıqlarının illik ,aylıq ,günlük carı və əsaslı təmir qrafikini nəzərdə tutulan işləri yerinə yetirir.
- Qazanxana və su təmizləmə sisteminin təhlükəsiz istismarının təmin olunması və gündəlik nəzarətdə saxlanılmasını təmin edir.
- İş prosesində əməyin mühafizəsi və təhlükəszizlik texnikası qaydalarının tələblərinə əməl edir.
- İş yerlərinin təmiz saxlanılması ,alət və avadanlıqlardan düzgün istifadə olunmasına riayət etmək.
- Təhsil: Ali bakalavr (texniki sahə üzrə);
- Aidiyyatı sahədə 3 ildən artıq iş təcrübəsi
- Kompyuter bilikləri
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Analitik düşünmə qabiliyyəti;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron ünvanına göndərməlidirlər.