A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Aktuar
Son tarix 01 dek 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Sığorta ehtiyatlarının formalaşdırılması, sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılması üzrə hesablama və təhlillərdə iştirak etmək.
- Aktuar hesablamalar üzrə məsləhətlər vermək, risk qruplarının seçilməsi və tədqiqində iştirak etmək.
- Sığorta məhsullarının zərərlilik dərəcəsini nəzərə almaqla yeni məhsulların hazırlanması və mövcud məhsulların modifikasiyasında iştirak etmək.
- Sığorta qaydalarının və tariflərinin hazırlanması və əsaslandırılmasında dəstək göstərmək.
- Maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesablama və təhlillərdə iştirak etmək.
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanmasında və illik biznes plan layihəsinə aid aktuar məlumatların təqdim edilməsində iştirak etmək
Tələblər
- İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
- Sığorta qanunvericiliyində nəzrədə tutulmuş aktuarilərin reyestrinə daxil olmalı;
- Analitik düşüncə tərzi;
- Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- Sığorta qanunları bilmək;
- MS Office programları üzrə biliklər;
- Azərbaycan dili - əla, rus və ingilis dili arzuolunandır;
İş şərtləri:
- Qrafik: 09:00- 18:00
- İş günləri: 1-5
- Tibbi sığorta qarşılanır
- İş yeri: Azadlıq Prospekti 3
Maraqlanan şəxs CV-ni mövzuda "Aktuar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.













