A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Qəza Komissarı
Son tarix 29 iyn 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq (ətrafda kamera nəzarəti olub olmamasını araşdırmaq, işin süni qurulmuş olub olmadığını araşdırmaq və s.);
- Hadisə yerinə çıxış etmək;
- Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
- Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
- Hadisə yerindən şəkillər çəkmək, iştrakçılardan video müsahibə almaq (qarşı tərəf razı olduğu halda);
- Hadisəyə aid şəkilləri, video və digər sənədləri ümumi elektron qovluğuna daxil etmək;
- Digər çatışmayan sənədləri tələb etmək;
- Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və.s) sorğu göndərmək;
- Sığorta hadisəsi yerində DYP əməkdaşı tərəfindən YNH-nin iştirakçılarının sənədlərini aparılmış olsa belə, tələb olunan sənədlərin surətlərini və ya şəkillərini əldə etmək məqsədilə DYP-nın ünvanına getmək;
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrini yoxlamaq;
- Sərxoşluq və digər halların dərəcəsini yoxlamaq üçün səlahiyyətli dövlət orqanın iştirakı ilə sürücünü müvafiq orqanda müayinəyə yönəltmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsil;
- Sığorta sektorunda həmin vəzifələrdə təcrübəsi olanlara üstünlük verilir;
- “Sığorta fəaliyyəti haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını bilənlərə üstünlük verilir;
- Yüksək araşdırma və analiz etmə qabiliyyətinə malik olmalıdır;
- Şəhəri və regionları tanımalıdır, aktiv sürücü təcrübəsi olmalıdır;
- Sürücülük vəsiqəsinin B kateqoriyasının sahibi olmalıdır;
- Azərbayca dili yüksək səviyyədə, rus dili biliyi üstünlükdür.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
- İş qrafiki: Tam ştat, 5 günlük iş həftəsi (09:00 – 18:00)
- Tibbi sığorta: Şirkət tərəfindən təmin olunur
Maraqlanan şəxs CV-ni, mövzuda “Qəza Komissarı” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.