A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Mühafizəçi
Son tarix 02 okt 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Baş ofis, Azadlıq prospekti 3
- Əmək haqqı: 650 AZN
- Tibbi sığorta qarşılanır.
Vəzifə öhdəlikləri:
- İş növbəsində olduğu müddətdə Şirkətdə qəbul olunmuş korporativ geyim standartlarına tam şəkildə riayət etmək;
- növbəni müvafiq qaydada təhvil vermək və qəbul etmək, bu proses zamanı vacib məlumatların tam ötürülməsini təmin etmək;
- növbə ərzində baş verən hər hansı hadisə barədə dərhal Birbaşa rəhbərinə məlumat vermək və hadisənin xülasəsini qeydiyyat jurnalında əks etdirmək;
- Mühafizəçi üçün ayrılmış postu Birbaşa rəhbərinin razılığı olmadan tərk etməmək və nəzarət zonasını daim müşahidə altında saxlamaq;
- Şirkət daxilində baş verə biləcək fövqəladə hallar zamanı dərhal Birbaşa rəhbərinə məruzə etmək və hadisənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görmək;
- Şirkətin əməkdaşlarının, qonaqların və digər şəxslərin binaya giriş-çıxış vaxtlarını xüsusi qeydiyyat jurnalında dəqiq şəkildə qeydə almaq;
- Şirkətə gələn kənar şəxslərin (sığorta, texniki xidmət və digər səbəblərlə) kimə və hansı məqsədlə gəldiyini müəyyənləşdirmək, aidiyyəti əməkdaşa məlumat vermək və qonağı gözləmə yerində müşahidə altında saxlamaq.
- Şirkətin təhlükəsizlik qaydalarına, prosedurlarına və standartlarına tam şəkildə riayət etmək.
Tələblər:
- Həqiqi hərbi xidmət keçmiş bəylər üçün.
- Yaş: 30-45.
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək tələb olunur, ingilis dili arzuolunandır.
- Kompüter biliyi: Microsoft Office
Maraqlanan şəxs mövzuda "MÜHAFİZƏÇİ" qeyd etməklə CV-ni Müraciət Et düyməsində elektron poçt ünvanına göndərə bilər.