A Plus Supermarketlər şəbəkəsi
Mağaza Müdiri
Son tarix 17 avq 2026 - [email protected]
A Plus Supermarketlər şəbəkəsinə “Mağaza Müdiri” axtarırıq.
Namizədə tələblər:
- Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı;
- Yüksək işgüzar davranış və etik qaydalara əməl etmək;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yaş aralığı: 28–45 yaş.
Vəzifə öhdəlikləri:
- Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək;
- Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək;
- Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq;
- Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək;
- Əməkdaşların təklif və şikayətlərini dinləmək, uyğun tədbirlər görmək;
- Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək;
- Mağazanın, anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət;
- Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə saxlanmasını təmin etmək;
- Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət;
- Mağaza inventarizasiyalarında iştirak və inventar məsuliyyəti;
- Sənədlərin düzgün toplanması, qorunması və mərkəzə vaxtında çatdırılması.
İş şərtləri:
- Əmək haqqı: Fix əmək haqqı + bonus (Ortalama 1800–2000 AZN)
- Nahar: Şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 08:00 – 17:00
- İş qrafiki: 6 günlük (1 dəfə istirahət)
Maraqlanan şəxsıər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Stok kontrol mütəxəssisi
Son tarix 17 avq 2026 [email protected]
"Agro-West Retail" MMC A plus Supermarketlər şəbəkəsi “Stok kontrol mütəxəssisi” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- İş təcrübəsi: Pərakənda satış üzrə;
- Təhsil: Ali təhsil üstünlükdür;
- Cinsi: Bəy;
- Yaş: 22/35;
- Exceldə sərbəst işləmək bacarığı;
- Məsuliyyətlilik, komandada işləmək və analiz etmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
- Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kompaniyalı sifarişləri birbaşa rəhbəri ilə razılaşdırmaq və tədarükçülərə sifariş vermək;
- Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
- Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
- Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
- Firmaların rutuna əsasən mal bölgüsünü müəyyən olunmuş vaxta qədər bitirmək;
- Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
- Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
- Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
- Resurslar və mövcud vəziyyətin qarşılaşdırılmasına dair müvafiq hesabatları təyin olunmuş zaman intervalında müvafiq şəxsə (rəhbərinə) təqdim etmə;
- Şirkətin mənafeyinə uyğun olmayan qərarlar barədə birbaşa rəhbərini zamanında məlumatlandırmaq;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
İş şərtləri:
- İş vaxtı: 9.00 – 18.00
- Yemək təminatı
- Əmək haqqı: 700-850 AZN net
- İstirahət günləri: Bazar (Şənbə günü qısaldılmış iş rejimi).
- İş ünvanı: Masazır,Əcəmi,Koroğlu (Namizədə uyğun olaraq dəyərləndiriləcək)
Maraqlananlar öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Stok kontrol mütəxəssisi” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
















