A Plus Supermarketlər şəbəkəsi
Müdir müavini
Son tarix 12 sen 2025 - [email protected]
A Plus Supermarketlər şəbəkəsi “Müdir müavini” vakansiyasına işçi axtarır.
Tələblər:
- Komanda ilə işləmə bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Ünsiyyət və idarəetmə bacarıqları;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- İdarəetmə sahəsində minimum 1 il təcrübə;
- Yaş həddi: 28–45 yaş.
Vəzifə öhdəlikləri:
- Mağazanın satış, xərclər, stok və sifariş proseslərinə nəzarət etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətinə nəzarət etmək;
- Malların vitrin və rəflərdə səliqəli, standartlara uyğun yerləşdirilməsini təmin etmək;
- Anbarda malların düzgün şəraitdə saxlanılmasını, itki və zədələnmə hallarının qarşısının alınmasını təmin etmək;
- Inventarizasiya prosesində iştirak etmək;
- Qaytarmaların və sənədləşmələrin vaxtında və düzgün icrasına nəzarət etmək;
- İşçi heyətinin işini koordinasiya etmək və motivasiyasını artırmaq;
- Əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
İş şərtləri:
- Əmək haqqı: 900–1400 AZN;
- Nahar və iş geyimi şirkət tərəfindən təmin olunur;
- İş vaxtı: növbəli qrafik;
- Həftədə 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
Müraciət qaydası:
- Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- Məktubun mövzu bölməsində “Müdir müavini” yazılması mütləqdir. Mövzu qeyd olunmadığı halda müraciətlər nəzərdən keçirilməyəcəkdir.