A Plus Supermarketlər şəbəkəsi
Mühafizə rəis müavini
Son tarix 27 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus mağazalarda mühafizə sisteminə nəzarət və monitorinqin həyata keçirilməsi
- Mağazalarda təhlükəsizlik qaydalarının icrasına nəzarət və pozuntuların aradan qaldırılması
- Mühafizə heyətinin idarə olunması və gündəlik fəaliyyətinin təşkil edilməsi
- Kameraların və təhlükəsizlik sistemlərinin düzgün işləməsinə nəzarət
- Planlı şəkildə mağazalara ziyarətlərin təşkili və yoxlamaların aparılması
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə tələblər:
- Mütləq şəkildə retail (pərakəndə satış) sahəsində minimum 2-3 il iş təcrübəsi
- Mühafizə və təhlükəsizlik sahəsində rəhbər vəzifədə təcrübə arzuolunandır
- Şəxsi avtomobilin olması mütləqdir (yanacaq xərcləri ödənilir)
- Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti
- Operativ və çevik qərarvermə bacarığı
- Kompüter bilikləri (Microsoft Office, e-mail, hesabat tərtibatı və s.)
İş şərtləri:
- İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 09:00 – 18:00
- Korporativ nömrə ilə təmin olunur
- Maaş: 1000 – 1400 AZN (net), təcrübə və bacarıqlara uyğun olaraq
- Rəsmi əmək müqaviləsi
- Karyera yüksəlişi imkanları
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühafizə rəis müavini” yazılması mütləqdir. Mövzu qeyd olunmadığı halda müraciətlər nəzərdən keçirilməyəcəkdir.