A Plus Supermarketlər şəbəkəsi
Müdir müavini
Son tarix 14 mar 2025 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı;
 - Məsuliyyətli olmalı;
 - Yüksək ünsiyyət və özünüifadəetmə bacarığı olmalı;
 - İş təcrübəsi: 3 ildən çox(Qeyd edilən vəzifə üzrə);
 - Yaş: 25-45;
 
Vəzifə öhdəlikləri:
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
 - Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
 - Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində
 
olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
- Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir;
 - Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə,
 
oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
- Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
 - Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
 - İşçilərin və özünün həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir;
 - Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir.
 
İş şərtləri:
- Əmək haqqı: 1000-1400
 - Nahar şirkət tərəfindən təmin edilir
 - İş vaxtı: növbəli
 - İstirahət günləri: Həftə ərzində 1 dəfə.
 
Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Müdir müavini” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Baş mühasib
Son tarix 14 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarını idarə etmək;
 - Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq müəssisənin uçot siyasətini formalaşdırmaq;
 - Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqləmək;
 - Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqini təmin etmək;
 - Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam uçotunu aparmaq;
 - Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunu təmin etmək;
 - Vergi və dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
 - Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
 - DSMF,Vergi,Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi.
 
Tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə);
 - Azərbaycan dilində səlis danışıq, rus dili biliyi üstünlükdür;
 - Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi);
 - Mühasibatlıq proqramları (1C, Excel) üzrə yüksək biliklər;
 - PMS sertifikatı;
 - ACCA,CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir;
 - Vergi qanunvericiliyi və maliyyə analizi sahəsində biliklər;
 - Analitik düşünmə və problem həll etmə bacarıqları;
 - Yüksək təşkilatçılıq və diqqətlilik;
 - Komanda ilə işləmək və rəhbərlik bacarığı;
 - Yaş həddi: 35-50;
 - Retail sahəsində işləməsi arzuolunandır.
 
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
 - İş yeri: Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi;
 - Əmək haqqı: 3000-3500 AZN;
 - Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
 
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş mühasib” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







