A-kond 1 MMC
Təchizatçı
Son tarix 19 fev 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: A-Kond 1 QSC (Füzuli və Ağdam rayonlarında yerləşən layihəyə)
- Əmək haqqı: 800-1200AZN
- İş rejimi: 6 günlük, qidalanma və yatmaq üçün yer
Vəzifə öhdəlikləri:
- Füzuli və Ağdamda yerləşən layihələr üzrə ümumi anbarlara nəzarətin həyata keçirilməsi
- Materialların qəbulu, saxlanması, uçotu və layihələr üzrə düzgün paylanmasının təmin edilməsi
- Layihələrdə əlavə ehtiyac yarandıqda operativ alışların təşkili və təmin edilməsi
- Artıq və istifadə olunmayan materialların sifarişlərinin ləğvi, qaytarılması və ya optimallaşdırılması
- Anbar qalığı üzrə müntəzəm hesabatların hazırlanması və təqdim edilməsi
- Satınalma şöbəsi ilə daimi koordinasiya
- Material itkilərinin və uyğunsuzluqların qarşısının alınması
Namizədə tələblər:
- Təchizat, anbar və ya satınalma sahəsində minimum 1 il iş təcrübəsi
- Tikinti / MEP / Layihələr üzrə təcrübə üstünlükdür
- Anbar uçotu və material nəzarəti üzrə biliklər
- Məsuliyyətli, operativ və nizam-intizamlı olmaq
- Rayonlarda işləməyə hazır olmaq
- Komanda ilə işləmək və stress altında düzgün qərar vermək bacarığı
Təklif edirik:
- Stabil iş mühiti
- Vaxtında ödənilən əmək haqqı
- Böyük və strateji layihələrdə iş təcrübəsi
- Peşəkar inkişaf imkanı
Müraciət:
CV-lərinizi qeyd olunan mövzu başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.










