A - Group Insurance Company
Sığorta iddialarının tənzimlənməsi deparmentinin müdiri
Son tarix 31 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək.
- Sığorta ödənişləri ilə əlaqədar gələn tələbləri araşdırmaq və təsdiq etmək.
- Ümumi daxil olan şikayətlərin cavablandırılmasında iştirak etmək.
- Rəhbərlik tərəfindən tələb olunan daxili hesabatları hazırlamaq.
- Ehtiyac yarandıqda hadisə yerinə çıxış etmək və hadisəni araşdırmaq (şahid varsa dindirmək, ətrafda kamera nəzarəti olub olmamasını araşdırmaq, işin süni qurulmuş olub olmadığını araşdırmaq, hadisə barədə detallı məlumat əldə etmək üçün DYP və ya digər səlahiyyətli dövlət orqanı ilə əlaqə saxlamaq və s.).
- İşçilər arasında gündəlik iş bölgüsünü həyata keçirmək və icrasına nəzarət etmək.
- Sığorta işinin yoxlanılması və rəsmiləşdirilməsi zamanı qanunvericiliyə riayət olunmasını tabeçiliyindəki şəxslərdən tələb etmək və onların qanuna uyğun olmayan qərarlarını ləğv edərək Cəmiyyətin nüfuzuna zidd hərəkətlərini aradan qaldırmaq.
- Aşkar edilmiş dələduzluq (sığorta hadisəsi imitasiyası) hallarının qarşısının alınması, ona şərait yaradan halların aradan qaldırılması üçün Cəmiyyətin rəhbərliyinə təkliflər vermək.
- Sığorta ödənişləri ilə əlaqədar gələn tələbləri araşdırmaq və təsdiqini həyata keçirmək.
Tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Heyətin idarə edilməsi üzrə ən azı 2 il təcrübə;
- Yol hərəkəti qaydalarını bilmək;
- Sığorta qanunvericiliyini və Mülki Məcəllənin aidiyyatı fəsillərini bilmək;
- Öz fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin qərarları və Prezident və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını bilmək;
- Yüksək araşdırma və analiz etmə qabiliyyəti;
- Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, (rus dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 30 Oktyabr 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Sığorta iddialarının tənzimlənməsi deparmentinin müdiri” qeyd edərək elektron ünvanına göndərə bilərlər.
Anderraytinq və təkrarsığorta üzrə aparıcı mütəxəssis
Son tarix 31 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sığorta təkliflərin hazırlanması üzrə Satış Departamentindən və ya müştəridən birbaşa daxil olan sorğuları qiymətləndirir.
- Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən edir. Müvafiq hallar müəyyən edilərsə “Risklərin fakultativ təkrarsığortaya ötürülməsi” bəndinə müvafiq olaraq hərəkət edir.
- Yekun olaraq daxil olan sorğu üzrə sığorta şərtlərini şöbə müdiri ilə təsdiqləyərək sığorta təklifini hazırlayır və müraciət sahibinə təqdim edir.
- Risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən edildiyi halda Sığorta predmeti üzrə lazımi məlumatları təkrarsığortaçılara ünvanlayır və onlardan təkliflər alır.
- Təkrarsığortaçılardan alınan təklifləri daxili tələblərə uyğun qiymətləndirir və şöbə müdirinə təqdim edir. (Qərar verildikdən sonra sığorta təklifini hazırlayır)
- Qəbul edilmiş təklif üzrə fakultativ təkrarsığorta slipini tərtib edir və şöbə müdiri ilə razılaşdırır.
- Təkrarsığortaçı tərəfindən təqdim edilmiş hesab fakturanın xidmət dəyərinə uyğunluğunu yoxlayır və ödənişin həyata keçirilməsi üçün İdarə Heyəti Sədrinin təsdiqinə təqdim edir.
- Təkrarsığortaya ötürülmüş risklər üzrə dəyişiklik tələb edildikdə, belə dəyişikliklər Təkrarsığortaçılarla razılaşdırılır və Əməliyyatlar və Müştəri Xidmətləri şöbəsi tərəfindən sığorta müqaviləsinə müvafiq əlavənin buraxılmasından sonra təkrarsığorta müqavilələrinə də müvafiq əlavələrin rəsmiləşdirilməsini təmin edir.
Tələblər:
- Ali təhsil;
- Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə qismən məlumatlı olmaq;
- Azərbaycan dilini əla, İngilis, rus dillərini orta səviyyədə bilmək;
- Kompüter bilikləri (MS Office –Word-orta, Excel-orta səviyyədə) ;
- Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür;
- Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üz detallara fikir vermək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 30 Oktyabr 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Anderraytinq və təkrarsığorta üzrə aparıcı mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilərlər.