Hüquq şöbəsinin rəhbəri
Son tarix 08 yan 2022
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Cəmiyyət daxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
- Qanunvericiliyə edilmiş əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək;
- Məhkəmə icraatı ilə bağlı qanunvericliklə nəzərdə tutulmuş prosessual sənədləri hazırlamaq;
- Fəaliyyət sahəsi üzrə birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Sığorta sahəsində 3 il peşəkar Hüquqşünas təcrübəsi;
- Ali hüquqi təhsil;
- Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilmək (Məcəllə, normativ hüquqi aktlar, sığorta fəaliyyəti haqqında qanun və s.)
- Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, (rus və ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Şirkət və onun missiyasına yüksək sadiqlik;
- Stressə davamlı.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 19 Dekabr 2021-ci il tarixinədək Mövzu/Subject hissəsində “Hüquq şöbəsinin rəhbəri” qeyd edərək elektron ünvanına göndərə bilərlər.