A - Group Insurance Company
Sistem Administratoru
Son tarix 20 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İT infrastrukturuna nəzarət, vaxtında yenilənməsi və fasiləsiz işin təşkili;
- İT sistemlərinin (Windows Server əməliyyat sistemləri, Active Directory, MS Exchange, IIS, Nginx, Group Policies, File Server və s.) inzibatçılığı və fasiləsiz işi təşkil etmək;
- Cəmiyyətin əsas proqram təminatın fasiləsiz fəaliyyətini təmin etmək;
- Kompüter avadanlıqlarına və proqramlara xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
- Proqram təminatları ilə bağlı zəruri məsləhətlərin verilməsini təmin etmək;
- Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
- Çağrı mərkəzi və Tele-satış sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
- Sistem üzrə proqramların və texniki vasitələr üzrə daxili təlimlər keçmək və prosedurların hazırlanmasını təmin etmək;
- Zərüri hallarda istifadəçilərə İT dəstək göstərmək (second line support);
- Serverlərdə və digər kompüterlərdəki zəruri informasiyanın arxivləşdirilməsini və zərurət olduqda bərpasını təşkil etmək;
- Şəbəkə avadanlıqları və sistemləri üzrə köməklik göstərmək;
- Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət etmək;
- Cəmiyyətin fasiləsiz internet bağlantısının işini təmin etmək.
Tələblər:
- Kompüter, texniki və ya müvafiq ixtisas üzrə ali təhsil;
- İT sahəsində ən azı 3 il iş təcrübəsi;
- Windows əməliyyat sistemlərin yüksək səviyyədə inzibatçılığı;
- Linux əməliyyat sistemləri üzrə ilkin anlayış;
- İT şəbəkənin iş prinsiplərindən məlumatlı və iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 19.07.2023-cü il tarixinədək Mövzu (Subject) hissəsində “Sistem Administratoru” qeyd edərək elektron ünvanına göndərə bilərlər.