A - Group Insurance Company
Kiçik hüquqşünas
Son tarix 16 dek 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin korporativ idarə edilməsində dəstək olmaq, korporativ məsələlər, o cümlədən lisenziyalaşdırma, qeydiyyat, sığorta sahəsində tənzimlənmə, vergi, əmək və digər məsələlər üzrə şöbə qarşısında qoyulmuş tapşırıqları icra etmək;
- Cəmiyyətin digər şəxslərlə bağlayacağı bütün növ müqavilələri hüquqi ekspertizadan keçirmək və ya tərtib etmək;
- Zəruri olan hüquqi hesabat, arayış, sorğu və rəylərin hazırlanmasına iştirak etmək;
- Cəmiyyətdə sığorta hadisələrinin tənzimlənməsi üzrə sənədləşmənin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
- Hüquqi məsələlər ilə əlaqədar bütün dövlət orqanları, qurumlar, idarə, müəssisə, təşkilatlar, hüquqi və fiziki şəxslərlə yazışmaların layihələrini hazırlamaq;
- Aid olduğu struktur bölmə daxilində vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında, dəqiq və tam yerinə yetirmək.
Tələblər:
- Sığorta sahəsində ən azı 1 il təcrübə;
- Ali hüquqi təhsil;
- Sığorta qanunvericiliyini mükəmməl bilmək;
- Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, (rus və ingilis dili arzu olunandır);
- Əla yazı və nitq qabiliyyəti;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
- Şirkət və onun missiyasına yüksək sadiqlik;
- Stressə davamlı olmaq;
- MS Office proqramlarını yaxşı bilmək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 15 Dekabr 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Kiçik hüquqşünas” qeyd edərək elektron ünvanına göndərə bilərlər.