A - Group Insurance Company
Zərərlərin qiymətləndirilməsi üzrə mütəxəssis
Son tarix 11 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sığorta hadisələrini araşdırmaq məqsədi ilə baş vermiş hadisələrə çıxış etmək.
- Nəqliyyat vasitələrinin şəkil üzərində baxılaraq qiymət təyin etmək.
- Qiymət təyin edilə bilməyən zaman dəyərləndirmə üçün müştərini təmir müəssisələrinə yönəltmək.
- Regionlarda və Bakıda olan yol nəqliyyat hadisələri üzrə nəqliyyat vasitələrinə dəymiş ziyan üzrə qüsur aktlarının tərtibində təmir müəssisəsində iştirak etmək, servisdən verilən qiymətləndirmə dəyərini analiz etmək.
- Sığorta işi sistemdə təsdiq olunduqdan sonra uyğun olan servisə istiqamətləndirmək.
- Servis tərəfindən verilmiş dəyər çox olduqda yeni təkliflər vermək.
- Zərər dəymiş avtomobillərin təmirinə başlanıb-başlanmamasına rəy vermək.
- Qiymətləndirmə ilə bağlı razılıq əldə olunduqdan sonra təmir üçün müştərini servisə yönləndirmək.
- Servislərdə təmir olunan nəqliyyat vasitələrinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil;
- 6 ay - 1 il eyni sahədə iş təcrübəsi
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq, rus dili arzuolunandır.
- Ms Office proqramlarını bilmək
- Sığorta qanunvericiliyini, yol hərəkəti qaydalarını bilmək;
- Yüksək analiz etmək qabiliyyəti
- Bütün növ nəqliyyat vasitələrinin təmirindən məlumatlı olmaq
- Ehtiyyat hissələrinin qiymətlərindən məlumatlı olmaq
- Daşınmaz əmlakın hər növünün dəyərindən xəbərdar olmaq
- Düzgün nitq qabiliyyətli, ünsiyyətcil
- Sürücülük vəsiqəsi B kateqoriyalı
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 10 İyul 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Zərərlərin qiymətləndirilməsi üzrə mütəxəssis ” qeyd edərək elektron ünvanına göndərə bilərlər.