A - Group Insurance Company
Qəbul üzrə nümayəndə (Receptionist)
Son tarix 11 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ziyarətçiləri nəzakətli və düzgün şəkildə qarşılamaq, qeydiyyata almaq və müvafiq olaraq yönləndirmək;
- Gələn telefon zənglərinə cavab vermək, yönləndirmək və lazım olduqda qeydlər aparmaq;
- Müştəri şikayətlərini lazım olduqda müvafiq şöbələrə yönləndirmək;
- Elektron poçt yazışmalarını idarə etmək;
- Daxil olan məktub və sənədləri qəbul etmək və onların müvafiq olaraq paylanmasını koordinasiya etmək;
- Müvafiq hesabatları hazırlamaq və tələb olunduqda digər inzibati vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Qəbul üzrə nümayəndə, müştəri xidmətləri və ya bənzər vəzifələrdə 1 il iş təcrübəsi;
- Azərbaycan, Rus və ingilis dillərini səlis bilmək;
- MS Ofis proqramlarını yaxşı bilmək;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Müştəri yönümlü;
- Ünsiyyətcil, nəzakətli, səbirli və dəstəkləyici;
- Bir neçə tapşırığı eyni anda idarə edə bilmək və təzyiq altında işləyə bilmək;
- Zamandan səmərəli istifadə edə bilmək;
- Tapşırıqları prioritetləşdirə bilmək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 10 May 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Receptionist” qeyd edərək elektron ünvanına göndərə bilərlər.