A - Group Insurance Company
Subroqasiya üzrə hüquqşünas
Son tarix 21 okt 2023 -
Hansı xüsusiyyətlər?
- Hüquq sahəsində ali təhsil;
- Minimum 1-3 il iş təcrübəsi;
- Sığorta sahəsində təcrübə üstünlükdür;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Hansı işləri görəcək?
- Sığorta iddialarının tənzimlənməsi ilə bağlı sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Subroqasiya borclarının, həmçinin Cəmiyyətə olan digər borcların məhkəməyə qədər, məhkəmədə və icra mərhələsində toplanılmasına çalışmaq;
- Borclularla, məhkəmələrlə, icra məmurları ilə əlaqələr yaratmaq və onlarla işləmək;
- İddia ərizələri ilə məhkəməyə müraciət etmək;
- Etibarnamə əsasında məhkəmədə Cəmiyyətin nümayəndəsi qismində iştirak etmək və iddianın təmin edilməsinə nail olmaq;
- Qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və tam icrası ilə əlaqədar zəruri işləri görmək;
- İcra məmurları ilə iş və görüşləri təşkil etmək;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək, müvafiq məlumat bazasını formalaşdırmaq və hesabatlar hazırlamaq və digər.
İş şəraiti:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00;
- Tibbi sığorta;
- Mobil nömrə və iş üçün avtomobil ilə təmin edilmə.
- Əmək haqqı: 1000-1200 Azn
Necə müraciət etməli:
Maraqlanan şəxslər CV-sini mövzu hissəsində “subroqasiya üzrə hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndər bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.