A - Group Insurance Company
Baş mühasib
Son tarix 28 dek 2023 [email protected]
Əmək funksiyaları:
- Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkili və nəzarəti;
- Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarəti;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əsas fondların inventarizasiyasının aparılmasına nəzarəti;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Mühasibatlıq sənədlərin düzgün hazırlanmasına nəzarət etmək.
Tələblər:
- İqtisadiyyat sahəsində ali təhsil və sığortaçıda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması,
- Və yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili sığortaçıda olmaqla) olması mütləqdir,
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olmalıdır,
- İnsure.az və MS proqramlarının sərbəst istifadəçisi olmalıdır,
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri arzuolunandır),
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.
İş Şəraiti:
- İş rejimi: 5 günlük, 09.00-18.00
- İş yeri: Bakı şəh., Nəsimi ray., R.Behbudov 87A
- Tibbi sığorta qarşılanır.
- Əmək haqqı: qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq.
Maraqlanan şəxs CV-ni, mövzuda Baş mühasib qeyd etməklə mail ünvanına göndərə bilər.
Çağrı mərkəzinə mütəxəssis (Həkim)
Son tarix 28 dek 2023 [email protected]
İş barədə məlumat:
- İş rejimi 2 növbəlidir,
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
- Tibbi sığorta qarşılanır.
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;
- Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;
- Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;
- SŞ bazasında tələb olunan məlumatların qeydiyyata almaq;
- Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;
- ÇM mütəxəssisinin səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;
- Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda ekspertləri məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;
- Fəaliyyəti ilə əlaqədar hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;
- Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;
- Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;
- Aid olduğu Departament və onun tərkibinə daxil olan şöbələr daxilində İdarə Heyəti sədrinin, eyni zamanda Cəmiyyətin İdarə Heyəti və tabe olduğu rəhbəri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali Tibb Təhsili;
- Sığorta sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Güclü ünsiyyət qurmaq bacarığı;
- Müştəri yönümlü, stressə davamlı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Komandada işləmək bacarığı;
- Detallara diqqət yetirmək bacarığı.
CV-ni email ünvanına göndərə bilərsiniz