A - Group Insurance Company
Risklərin idarə edilməsi şöbəsinin Böyük/Baş mütəxəssisi
Son tarix 13 iyl 2024 - [email protected]
İş haqqında məlumat:
- Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
- Risk və Maliyyə sahələri üzrə ən azı 3 illik təcrübə;
- İngilis dili biliyi mütləqdir;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı;
- BI və data analitika bilikləri;
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklərə malik olmaq;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üsulları barədə məlumatlı olmaq;
- Sığorta, kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi üzrə biliklər;
- İş qrafiki: 5 günlük, 09.00-18.00
Tibbi sığorta qarşılanır
Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan şəxs CV-sini, mövzuda “Risklərin idarə edilməsi şöbəsinin Böyük/Baş mütəxəssisi” qeyd etməklə elektron ünvanına göndərə bilər.
Məsul Aktuari
Son tarix 13 iyl 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Sığorta qanunvericiliyinə əsasən məsul aktuariyə aid məsələləri icra etmək;
- Sığorta ehtiyatlarının formalaşdırılması metodları və mənbələri ilə bağlı məsləhətlər və tövsiyələr vermək;
- Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər üzrə xidmətlər göstərmək;
- Sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasını hazırlamaq;
- Sığortaçının könüllü sığorta növləri üzrə sığorta qaydalarındakı şərtlərini iqtisadi əsaslandırmaq;
- Aktuar hesablamalar üzrə məsləhətlər vermək;
- Sığortaçının sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün sığorta ehtiyatların formalaşdırılmasında iştirak etmək;
- Sığortaçının öz vəsaitinin və məcmu kapitalını hesablamaq, maliyyə sabitliyi və ödəmə qabiliyyətini qiymətləndirilmək;
- Sığortaçının tələb olunan kapitalını hesablanmaq;
- Sığortaçının səmərəli investisiya siyasətini müəyyənləşdirilmək, öz vəsaitinin investisiyaya yönəldilməsi və bu vəsaitin aktiv qrupları üzrə optimal yerləşdirilməsi üçün məsləhət və tövsiyələr vermək;
- Fəaliyyət istiqaməti üzrə hesabatları hazırlamaq;
- Sığorta məhsullarının zərərlilik dərəcəsini nəzərə almaqla, yeni məhsulları hazırlanmaq və modifikasıya olunmasında iştirak etmək;
- Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarını seçmək və onları tədqiq etmək;
- Hazırlanmış sığorta qaydalarının tariflərini əsaslandırmaq;
- Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin və maliyyə bazarlarına nəzarət orqanının sığorta fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ sənədlərinin tələblərini yerinə yetirmək;
- İllik biznes plan layihəsinin hazırlanmasında iştirak etmək;
- Direktorlar şurası və İdarə Heyəti ilə çalışmaq, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla rəhbərliyi məlumatlandırmadan maliyyə-mühasibat məsələləri üzrə Cəmiyyətdən kənara müraciətə və münasibətlərə yol verməmək.
- Sığortaçının rəhbər işçisi olaraq, qanunvericiliyə, sığortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə riayət etmək, funksiyalarının icrası zamanı sığortaçının mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, müvafiq şəraitdə mümkün olan qayğı, çalışqanlıq və bacarıqla hərəkət etmək,
- Sığortaçının bütün struktur bölmələri ilə normal iş münasibətləri quraraq əməkdaşlıq etmək.
- Direktorlar Şurasının, İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri icra etmək.
Tələblər:
- İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
- Aktuari kimi ən azı 1 il iş təcrübəsi;
- Sığorta qanunvericiliyində nəzrədə tutulmuş aktuarilərin reyestrinə daxil olmalı;
- Analitik düşüncə tərzi;
- Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- Sığorta qanunları bilmək;
- MS Office programları üzrə biliklər;
- Azərbaycan dili - əla, rus və ingilis dili arzuolunandır;
- Qanunvericilikdə nəzərədə tutulmuş digər tələblər.
İş şərtləri:
- Qrafik: 09:00- 18:00
- İş günləri: 1-5
- Tibbi sığorta qarşılanır
- İş yeri: Azadlıq Prospekti 3
- Ə/H: müsahibə əsasında
CV-ni email ünvanına göndərə bilərsiniz.