A - Group Insurance Company
Korporativ işlər üzrə hüquqşünas
Son tarix 18 mar 2025 - [email protected]
Əsas Funksiyalar
Korporativ işlər üzrə hüquqşünas Korporativ hüquq şöbəsinin rəhbərinin rəhbərliyi altında bütün növ korparativ məsələlər üzrə, o cümlədən mülki, sığorta, əmək və digər məsələlər üzrə keyfiyyətli hüquqi təhlil və məsləhətlərin verilməsi bağlı Hüquq departamentinə daxil olan sorğuların cavablandırılmasında iştirak edir.
Vəzifə öhdəlikləri
- Korporativ işlər və Məsləhət Vermə üzrə
- Cəmiyyətin korporativ idarə edilməsində dəstək olmaq, o cümlədən lisenziyalaşdırma, qeydiyyat, sığorta sahəsində tənzimlənmə, əmək və digər məsələlər üzrə şöbə qarşısında qoyulmuş tapşırıqları icra etmək;
- Cəmiyyətin digər şəxslərlə bağlayacağı bütün növ müqavilələri hüquqi ekspertizadan keçirmək və ya tərtib etmək və bu müqavilələr üzrə Cəmiyyətin maraqlarının maksimum surətdə təmin edilməsinə nail olmaq;
- Cəmiyyətin fəliyyətinə aid olan müvafiq qanunvericlik aktları, digər normativ hüquqi aktların və inzibati qərarların yenilənmiş toplusunu (kitabxanasını) hazırlamaq;
- Cəmiyyətin fəaliyyətini əks etdirən bütün korporativ hüquqi sənədlərin tam və yenilənmiş toplusunun saxlanmasını təmin etmək;
- Cəmiyyətin rəhbər şəxslər üçün zəruri olan hüquqi hesabat və rəylərin hazırlanmasına iştirak etmək;
- Şöbəyə aid sənədlərin qovluqlarda yerləşdirilməsini təmin etmək;
- bütün korparativ məsələlər üzrə yenilənmiş faylların saxlanılmasını təmin etmək;
- Dövlət orqanlarına və özəl qurumlara ünvanlanan məktubların hazırlanmasında dəstək olmaq;
- Sığorta hadisələrinin tənzimlənməsi üzrə
- Cəmiyyətdə sığorta hadisələrinin tənzimlənməsi üzrə sənədləşmənin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Digər
- Şöbənin idarə olunması ilə bağlı Şöbə rəhbərinə inzibati dəstək göstərmək;
- Aid olduğu struktur bölmə daxilində vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında, dəqiq və tam yerinə yetirmək.
Tələblər
- Ali hüquq təhsili;
- Sığorta sahəsində 1-3 il iş təcrübəsi,
- Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarını əla səviyyədə bilmək;
- Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilmək (Məcəllə, normativ hüquqi aktlar, sığorta fəaliyyəti haqqında qanun və s.)
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
- Korporativ ünsiyyət qurmaq bacarığı.
Şikayətlərin tənzimlənməsi üzrə Tibbi ekspert
Son tarix 18 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şikayətlərin ilkin qəbulu, baxılması, şikayətlərə dərhal cavab verilməsini təmin etmək;
- Şikayətlər jurnalının aparılması, şikayətlər üzrə aylıq hesabatı təqdim etmək (hər ayın 10-dan gec olmayaraq);
- Çağrı Mərkəzinin işinin keyfiyyətində və problemli vəziyyətlərin təhlilində uyğunsuzluqların aşkar edilməsi üçün telefon danışıqlarını dinləmək;
- Çağrı Mərkəzi təcrübəçilərilərinə təlimlər vermək;
- Problem və şikayətləri müəyyən etmək üçün müraciət edən sığorta olunanla əlaqə yaratmaq;
- Mürəkkəb/mübahisəli məsələlərin tibbi ekspertizasında yardım etmək;
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələləri həll etmək;
- Razılaşdırılmış xidmətlərin qiymətlərində prays üzrə uyğunsuzluqları, diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və/ yaxud tibbi personal ilə görüşlər keçirmək;
- Klinikaların sığorta şöbələri və həkimlərlə bir başa əlaqə saxlamaq;
- Tövsiyə olunan həkimlər/xidmətlər cədvəlindəki təlimatlara uyğun olaraq klinika seçimində köməklik göstərmək;
- Klinikalardan gələn tibbi xidmətlər üzrə aylıq hesabatların qəbulu və klinikalara səfərlər etmək;
- Sığorta olunanlara Sığorta Planı üzrə məsləhətlər vermək, lazımi sənədlərin təmin edilməsi və alınmasına köməklik, müştərilərin hüquq və vəzifələrinin aydınlaşdırılmasında dəstək olmaq;
- Müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Çağrı Mərkəzinin mütəxəssisləri üçün keçirilən görüşlərdə və təlimlərdə iştirak etmək;
Tələblər:
- Ali Tibb təhsili;
- Tibbi və sığorta sahəsində ən azı 1 il təcrübə;
- Heyətin idarə edilməsi üzrə ən azı 1 il təcrübə;
- İş və proseslərin təşkili təcrübəsi/bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı;
- Təlim keçmə bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- Tibbi sığorta qarşılanır
CV-ni email ünvanına göndərə bilərsiniz.