A - Group Insurance Company
Anderraytinq üzrə mütəxəssis
Son tarix 10 noy 2024 - [email protected]
İş barədə məlumat:
- İş rejimi: 5 günlük, 09.00-18.00
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
- Tibbi sığorta qarşılanır.
- Əmək haqqı: 900 azn
Vəzifə öhdəlikləri:
- Satış bloklarından daxil olan sorğuları cavablandırmaq;
- Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq, dəyərləndirmək və müvafiq riski qəbul və ya imtina etmək;
- Riskin dəyərləndirilməsi və riskə əsasən uyğun tarif və şərtləri müəyyən etmək;
- Aktuari və birbaşa rəhbəri ilə sığorta növləri üzrə portfelin təhlilini aparmaq;
- Risklərin təkrarsığortaya ötürülməsi ilə bağlı fakultativ və obliqator müqavilələri, borderoları, əlavələri hazırlamaq;
- Yeni sığorta qaydalarının, şərtlərin hazırlanmasında iştirak etmək;
- Sığorta məhsullarının hazırlanmasında iştirak etmək
Tələblər:
- Ali təhsil;
- Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə qismən məlumatlı olmaq;
- Azərbaycan dilini əla, İngilis dilini orta və rus dilini orta səviyyədə bilmək;
- Kompüter proqramlarından istifadə etmək bacarığı (MS Office –Word-orta, Excel-orta səviyyədə);
- Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üzrə ən azı 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, riyazi hesablama bacarığıvə işində diqqətli olmaq.
Maraqlanan şəxs, mövzuda “Anderraytinq üzrə mütəxəssis” qeyd etməklə, CV-ni qeyd edilmiş e-mail ünvanına göndərə bilər.