A - Group Insurance Company
Anderraytinq üzrə mütəxəssis
Son tarix 05 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri
- Satış kanallardan daxil olan sorğuları cavablandırmaq;
- Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq, dəyərləndirmək və müvafiq riski qəbul və ya imtina etmək;
- Riskin dəyərləndirilməsi və riskə əsasən uyğun tarif və şərtləri müəyyən etmək;
- Aktuari və birbaşa rəhbəri ilə sığorta növləri üzrə portfelin təhlilini aparmaq;
- Risklərin təkrarsığortaya ötürülməsi ilə bağlı fakultativ və obliqator müqavilələri, borderoları, əlavələri hazırlamaq;
- Yeni sığorta qaydalarının, şərtlərin hazırlanmasında iştirak etmək;
- Sığorta məhsullarının hazırlanmasında iştirak etmək
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dili üstünlük kimi;
- MS Office proqramlarını əla səviyyədə bilmək;
- Sığorta şirkətlərində həmin sahədə azı bir il iş təcrübəsi;
İş qrafiki: 5 günlük, 09.00-18.00
Tibbi sığorta qarşılanır
Əmək haqqı: 800 manat
Maraqlanan şəxs CV-sini, mövzuda “Anderraytinq üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilər.